"Universitet qrantı" və "Sənaye qrantı" müsabiqələrinin nəticələri açıqlanıb

"Universitet qrantı" və "Sənaye qrantı" müsabiqələrinin nəticələri açıqlanıb Bununla bağlı təqdimat mərasimi keçirilib
Elm və təhsil
14 May , 2015 11:45
Universitet qrantı və Sənaye qrantı müsabiqələrinin nəticələri açıqlanıb

Bakı. 14 may. REPORT.AZ/ Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) "Universitet qrantı" və "Sənaye qrantı" müsabiqələrinin qalib layihələrini açıqlayıb. "Report" xəbər verir ki, bununla bağlı keçirilən təqdimat mərasimində EİF-in icraçı direktoru Elçin Babayev layihələr barədə məlumat verib.

O bildirib ki, "Universitet qrantı" müsabiqəsi ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlib. Onun sözlərinə görə, layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədilə ilk dəfə olaraq keçirilən müsabiqəyə Təhsil Nazirliyi təşkilati dəstək göstərib.

"Sənaye qrantı" məqsədli müsabiqə isə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq keçirilib. Məqsəd ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsidir. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin reallaşmasına, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək verib.

Son xəbərlər

Orphus sistemi