"U-17 Avropa Çempionatı Azərbaycan-2016" çərçivəsində şagirdlərlə görüşlər keçirilib

"U-17 Avropa Çempionatı Azərbaycan-2016" çərçivəsində şagirdlərlə görüşlər keçirilib Görüşlərdə çempionatda çıxış edəcək gənclər və əməkdar artist Röya da iştirak edib
Elm və təhsil
4 May , 2016 15:26
U-17 Avropa Çempionatı Azərbaycan-2016 çərçivəsində şagirdlərlə görüşlər keçirilib

Bakı. 4 may. REPORT.AZ/ "UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016" turnirinin yerli Təşkilat Komitəsinin əməkdaşları Təhsil Nazirliyinin dəstəyilə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinin şagirdləri ilə görüşlər keçirib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Görüşlərin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin futbola marağını artırmaq, müvafiq təbliğat işləri aparmaq və U-17 çempionatı barəsində şagirdləri məlumatlandırmaqdan ibarətdir.

Ümumilikdə paytaxtın 46 ümumi təhsil müəssisəsində 3 700 nəfərədən artıq şagirdlə görüş keçirilib. Görüşlərdə ölkə çempionatında və yığma komandada çıxış edən futbolçular, eləcə də U-17 çempionatında çıxış edəcək gənclər və Bakıda keçiriləcək U-17 Avropa Çempionatının səfiri, əməkdar artist Röya da iştirak edib.

Görüşlər çərçivəsində çempionat barədə məktəblilərə məlumat verilib və onların sualları cavablandırılıb. Həmçinin, U-17 Avropa Çempionatı vasitəsilə uşaqların futbola, sağlam həyat tərzinə həvəsləndirilməsi, bu turnirə və komandamıza dəstək verməyin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi