Türkiyənin baş konsulu Naxçıvan Özəl Universitetində olub

Türkiyənin baş konsulu Naxçıvan Özəl Universitetində olub Nihat Erşen həmçinin Naxçıvanda təhsil alan türk tələbələrlə görüşüb
Elm və təhsil
24 Dekabr , 2014 17:51
Türkiyənin baş konsulu Naxçıvan Özəl Universitetində olub

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Erşen Naxçıvan Özəl Universitetində (NÖU) olub. 

Baş konsulluqdan "Report"a bildiriblər ki, səfər tanışlıq xarakteri daşıyıb. 

Səfər zamanı N.Erşen universitetin dərs otaqlarını gəzib, material-texniki bazası ilə tanış olub. Universitetin rektoru İsmayıl Əliyev baş konsula rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. 

N.Erşen həmçinin Naxçıvanda təhsil alan türk tələbələrlə görüşüb. Görüş baş konsulluqda baş tutub. N.Erşen onların təhsili ilə maraqlanıb və gələcək işlərində uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi