​Türkiyədə təhsil almaq istəyənlər üçün elan edilən təqaüd proqramının vaxtı uzadılıb

​Türkiyədə təhsil almaq istəyənlər üçün elan edilən təqaüd proqramının vaxtı uzadılıb Təşkilatçılar bunun müraciətlərin çoxluğu ilə əlaqələndirirlər
Elm və təhsil
31 Mart , 2016 11:23
​Türkiyədə təhsil almaq istəyənlər üçün elan edilən təqaüd proqramının vaxtı uzadılıb

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyə hökumətinin elan etdiyi “Türkiyə Bursları” təqaüd proqramına müraciətin son tarixi uzadılıb. “Report”un məlumatına görə, fevralın 28-dən elan edilən proqrama son müraciət tarixi martın 31-i müəyyən edilsə də, sonradan bu tarix aprelin 3-nə dəyişdirilib.

Təşkilatçılar bunu müraciətlərin çoxluğu ilə əlaqələndirirlər.

Qeyd edək ki, təqaüd proqramında müsabiqədən uğurla keçənlər aylıq Bakalavr pilləsi üzrə 600 TL (215 USD), magistr pilləsi üzrə 850 TL (300 USD) və doktorantura üzrə isə 1200 TL (425 USD) təqaüd əldə edə biləcəklər. Bundan əlavə proqram çərçivəsində tələbələrin bir illik Türk dili kursu, universitet, yaşayış, gediş-gəliş bileti və tibbi sığorta xərcləri ödənilir.

Son xəbərlər

Orphus sistemi