Türkdilli ölkələrin ümumi dərsliyi yaradılıb

Türkdilli ölkələrin ümumi dərsliyi yaradılıb Dərslik 15-ci əsrə qədər olan müddəti əhatə edir
Elm və təhsil
23 Avqust , 2016 12:44
Türkdilli ölkələrin ümumi dərsliyi yaradılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Türkdilli ölkələrin ümumi dərsliyinin yaradılması üzrə işlər başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Türk Şurasının baş katibi Ramil Həsənov brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu ilin oktyabr ayında Şuraya üzv ölkələrin təhsil nazirlərinin görüşü keçiriləcək və dərslik təsdiq olunarsa, o, noyabr ayında Bişkekdə keçiriləcək prezidentlərin sammitində təqdim olunacaq. R.Həsənov bildirib ki, dərslik 15-ci əsrə qədər olan müddəti əhatə edir.

Türkdilli dövlətlərin ümumi televiziyasının yaradılması ilə əlaqədar sualı cavablandıran baş katib vurğulayıb ki, "International Turkic News Channel" adlanacaq kanalın büdcəsi demək olar təsdiq edilib, ancaq neft və qazın qiymətinin aşağı düşməsi Azərbaycan və Qazaxıstanın sponsorluğu məsələsində çətinliklər yaradıb.

R.Həsənov kanalın Türk Şurasına üzvü olan 6 ölkənin dilində, eləcə də rus və ingilis dillərində fəaliyyət göstərəcəyini qeyd edib.

Eyni zamanda, R.Həsənov kanalının açılacağı dəqiq tarixi və onun qərargahının yerləşəcəyi məkanın dəqiq yerini bildirməyib. Onun sözlərinə görə, kanalın qərargahı ya Azərbaycanda, ya Qazaxıstanda ya da Türkiyədə yerləşə bilər.

Son xəbərlər

Orphus sistemi