TQDK valideynlərə müraciət edib

TQDK valideynlərə müraciət edib VIII-XI sinif şagirdlərinin valideynləri övladları haqqında məlumatları vaxtında “Şagird-məzun” sisteminə daxil etməlidirlər
Elm və təhsil
11 Dekabr , 2014 15:53
TQDK valideynlərə müraciət edib

Bakı. 11 dekabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) valideynlərə müraciət edib. TQDK-dan "Report"a verilən xəbərə görə, ümumtəhsil müəssisələrində təhsil alan VIII-XI sinif şagirdlərinin valideynləri övladları haqqında məlumatları vaxtında “Şagird-məzun” sisteminə daxil etməlidirlər. 

Bunun üçün onlar aşağıdakı bəndlərdən birinə uyğun olaraq şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər: 

1. Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya milli pasport;

2. Azərbaycan vətəndaşı olmayan şəxslər üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilən miqrasiya vəsiqəsi.

Son xəbərlər

Orphus sistemi