TQDK tərəfindən keçiriləcək zona müşavirələrinin vaxtı açıqlanıb

TQDK tərəfindən keçiriləcək zona müşavirələrinin vaxtı açıqlanıb Bakıda keçiriləcək müşavirə martın 12-də olacaq
Elm və təhsil
5 Mart , 2015 11:52
TQDK tərəfindən keçiriləcək zona müşavirələrinin vaxtı açıqlanıb

Bakı. 5 mart. REPORT.AZ/ 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan zona müşavirələrinin keçirilmə tarixləri məlum olub. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Müşavirələrdə müvafiq bölgələr üzrə orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq. Müşavirələrdə komissiyanın, Təhsil Nazirliyinin, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının, ictimai qurumların, təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, zona müşavirələri Lənkəranda, Şəkidə və Xaçmazda martın 11-də, Bakıda, Gəncədə, Ağcabədidə, Göyçayda və Şirvanda martın 12-də, Naxçıvanda isə martın 13-də təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi