​TQDK SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsini keçirir

​TQDK SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsini keçirir Qeydiyyat SOCAR tərəfindən aparılıb və 1570 nəfər qeydiyyatdan keçib
Elm və təhsil
1 May , 2016 08:27
​TQDK SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsini keçirir

Bakı. 1 May. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il mayın 1-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.

TQDK-dan "Report"a verilən məlumata görə, imtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) aparılır və saat 11:00-da başlanır.

SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Qeydiyyat SOCAR tərəfindən aparılıb və 1570 nəfər qeydiyyatdan keçib.

İmtahanın idarə olunması üçün 9 imtahan rəhbəri, 114 nəzarətçi-müəllim ayrılmışdır.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur. Onlardan 30-u qapalı, 10-u isə açıq tipli test tapşırıqlarıdır. Bu tapşırıqlara cavab üçün namizədlərə 1 saat vaxt verilir. Qapalı test tapşırıqlarında 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Açıq test tapşırıqlarında isə namizəd müəyyən etdiyi cavabı “Cavab kartı”da müvafiq damalara qeyd edir və kodlaşdırır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi