TQDK sədri Zərdabda vətəndaşları qəbul edəcək

TQDK sədri Zərdabda vətəndaşları qəbul edəcək Qəbul yanvarın 30-da Zərdabda Heydər Əliyev Mərkəzində baş tutacaq
Elm və təhsil
19 Yanvar , 2015 15:46
TQDK sədri Zərdabda vətəndaşları qəbul edəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yanvarın 30-da Zərdab şəhərində vətəndaşlarla görüş keçirəcək. "Report" xəbər verir ki, bu barədə TQDK-nın yaydığı məlumatda bildirilir.

Zərdab şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Zərdab rayonunun sakinləri ilə yanaşı, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli və İmişli rayon sakinləri də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Ağcabədi regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Zərdab, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli və İmişli rayon Təhsil Şöbələrinə də 21-29 yanvar, saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi