TQDK sədri: “Nardaranda məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfər 11-ci sinifə gəlib çatır”

TQDK sədri: “Nardaranda məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfər 11-ci sinifə gəlib çatır” “Son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb”
Elm və təhsil
16 Dekabr , 2015 11:45
TQDK sədri: “Nardaranda məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfər 11-ci sinifə gəlib çatır”

Bakı. 16 dekabr. REPORT.AZ/ “Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfər 11-ci sinifə gəlib çatır”. “Report” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakıda keçirilən “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, ölkə üzrə 100 şagirddən 47-si abituriyent olur: “Son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Qəbulun nəticələri isə fərqlidir. Bu il ali məktəblərə 49 min oğlan, 43 min qız sənəd vermişdi. Qəbul olunanlar arasında qızların sayı üstünlük təşkil edir”.

M.Abbaszadə qeyd edib ki, 2004-cü ildə 1998-1999-cu illərdə anadan olan 125 mindən çox uşaq 1-ci sinifə daxil olub: “Rəqəmlər ölkə üzrə təxminən eynidir. Həmin vaxt 50 faiz qız, 50 faiz oğlan birinci sinifə daxil olub. 9 ildən sonra 3,5 faiz uşaq heç 9-cu sinifə gəlib çatmayıb. Deməli, 4500-dən çox uşaq icbari təhsil ala bilməyib. 4500-dən çox uşağın 600-ü oğlanlar, yerdə qalanı isə qızlardır. Hər il bu proses davam edir”.

Son xəbərlər

Orphus sistemi