TQDK peşə liseylərinin buraxılış imtahanının nəticələrini açıqlayıb

TQDK peşə liseylərinin buraxılış imtahanının nəticələrini açıqlayıb 5026 şagirddən 203 nəfəri imtahana gəlməyib, 2 şagird imtahan qaydaların pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub
Elm və təhsil
16 Mart , 2015 19:00
TQDK peşə liseylərinin buraxılış imtahanının nəticələrini açıqlayıb

Bakı. 16 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il martın 15-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. 

"Report"un Komissiyanın saytına istinadən verdiyi məlumata görə, nəticələr martın 16-da saat 17:00-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. 

Peşə liseyləri şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:



Təhsilin səviyyəsi
Qiymət Fənlər üzrə düzgün cavabların sayı
Ana dili
(Azərbaycan bölməsi)
Ana dili
(rus bölməsi)
Riyaziyyat Xarici dil/Kimya
Tam orta 2 0-7 0-7 0-7 0-5
3 8-17 8-17 8-16 6-15
4 18-25 18-25 17-24 16-24
5 26-30 26-30 25-30 25-30
İmtahan nəticələrinə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 5026 şagirddən 203 nəfəri imtahana gəlməyib. 2 şagird imtahan qaydaların pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.
Peşə liseylərinin şagirdlərinin imtahan nəticələri aşağıda qeyd olunmuş cədvəldə təqdim olunur:
Qiymət Ana dili Riyaziyyat İngilis dili Alman dili Rus dili
sayı faizi sayı faizi sayı faizi sayı faizi sayı faizi
[ 2 ] 1519 31.51 2797 58.02 1801 41.82 4 33.33 191 38.05
[ 3 ] 3118 64.68 1885 39.10 2464 57.21 8 66.67 269 53.59
[ 4 ] 175 3.63 130 2.70 41 0.95 0 0.00 28 5.58
[ 5 ] 9 0.19 9 0.19 1 0.02 0 0.00 14 2.79
Cəmi 4821 100.00 4821 100.00 4307 100.00 12 100.00 502 100.00

Son xəbərlər

Orphus sistemi