Bakı. 10 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edib.
Komissiyadan "Report"a verilən məlumata görə, jurnalda ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.