TQDK sədri Gədəbəydə vətəndaşları qəbul edəcək

TQDK sədri Gədəbəydə vətəndaşları qəbul edəcək Qəbul Gədəbəy rayon Mədəniyyət Evində keçiriləcək
Elm və təhsil
6 Mart , 2015 15:37
TQDK sədri Gədəbəydə vətəndaşları qəbul edəcək

Bakı. 6 mart. REPORT.AZ/ TQDK sədri Məleykə Abbaszadə martın 18-də Gədəbəydə vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib. 

Gədəbəy rayon Mədəniyyət Evində keçiriləcək qəbulda Gədəbəy, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy rayon Təhsil Şöbələrində 6-17 tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi