“Təqdim etdiyimiz proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür”
Bakı. 11 avqust. REPORT.AZ/ “Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın (TQDK) bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür”.
“Report”un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu, TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır.
M.Abbaszadə eyni zamanda, eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də danışıb: “Qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır Bu istiqamətdə problemin aradan qaldırılması üçün fikir mübadiləsi aparılır”.