TQDK nəzarətçi-müəllimlər üçün treninqlərə başlayır

TQDK nəzarətçi-müəllimlər üçün treninqlərə başlayır Treninqlərə respublikanın 80 şəhər və rayonundan 15 minə yaxın müəllim cəlb olunacaq
Elm və təhsil
21 Yanvar , 2015 17:07
TQDK nəzarətçi-müəllimlər üçün treninqlərə başlayır

Bakı. 21 yanvar. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari ildə keçiriləcək imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün treninqlər keçirəcək. "Report" xəbər verir ki, bu barədə TQDK-nın yaydığı məlumatda bildirilir.

Treninqlərə respublikanın 80 şəhər və rayonundan 15 minə yaxın müəllim cəlb olunacaq. Yanvarın 26-dan martın 5-dək aparılacaq treninqlərdə məqsəd nəzarətçi-müəllimləri test imtahanlarının texnologiyası ilə tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

Treninqlər Bakı və Sumqayıt şəhərlərində TQDK Mərkəzi Aparatının, digər şəhər və rayonlarda isə komissiyanın regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılacaq.

İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün treninqlərin 25-30 nəfərlik qruplarla aparılması nəzərdə tutulub. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə olunacaq, Komissiya tərəfindən hazırlanmış imtahan texnologiyasına aid film nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi