Kolleclərdə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb

Kolleclərdə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb Boş qalan 1065 plan yerinin 904-ü tutulub
Elm və təhsil
4 Sentyabr , 2015 13:42
Kolleclərdə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb. Bu barədə "Report" TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Abituriyentlər müsabiqənin nəticələrini komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 1065 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5372 abituriyent ərizə təqdim edib. Onlardan 904 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olanlar sentyabrın 7-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.  

Son xəbərlər

Orphus sistemi