TQDK jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının vaxtını açıqlayıb

TQDK jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının vaxtını açıqlayıb Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni iyulun 27-dən etibarən çap edib götürə biləcəklər
Elm və təhsil
26 İyul , 2016 19:35
TQDK jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının vaxtını açıqlayıb

Bakı. 26 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu mərhələdə 2016-cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur.

Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni iyulun 27-dən etibarən çap edib götürə biləcəklər.

Son xəbərlər

Orphus sistemi