TQDK ATU-nun Hərbi-tibb fakültəsinə müsabiqə elan edib

TQDK ATU-nun Hərbi-tibb fakültəsinə müsabiqə elan edib Müsabiqədə 450 və daha çox bal toplayan abituriyentlər iştirak edə bilərlər
Elm və təhsil
25 İyul , 2016 10:38
TQDK ATU-nun Hərbi-tibb fakültəsinə müsabiqə elan edib

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına qəbul olunmaq istəyən abituriyentlər iyulun 28-dək ATU-nun həmin fakültəsinə müraciət edə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən məlumata görə, müsabiqədə bu il mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında (Azərbaycan bölməsi) 450 və daha çox bal toplayan, sentyabrın 15-nə qədər 16 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

Hərbi Tibb fakültəsinə qəbul olunan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.

Müsabiqədə iştirak etmək arzusunda olanlar qeyd olunan tarixədək Hərbi Tibb fakültəsinə müraciət etməklə müvafiq həkim komissiyasından keçməlidirlər (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36). 

Son xəbərlər

Orphus sistemi