TQDK Hərbi Akademiyanın magistraturasına qəbul imtahanının I mərhələsini keçirib

TQDK Hərbi Akademiyanın magistraturasına qəbul imtahanının I mərhələsini keçirib İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub
Elm və təhsil
2 Dekabr , 2014 16:38
TQDK Hərbi Akademiyanın magistraturasına qəbul imtahanının I mərhələsini keçirib

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirib. “Report”un xəbərinə görə, imtahan 2 saat 30 dəqiqə ərzində aparılıb.

İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfəri imtahana gəlməyib.

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.

Son xəbərlər

Orphus sistemi