TQDK Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbulun keçirilməsi ilə bağlı müsabiqə elan edib

TQDK Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbulun keçirilməsi ilə bağlı müsabiqə elan edib Müsabiqədə I və II ixtisas qrupları üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər
Elm və təhsil
31 İyul , 2015 18:32
TQDK Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbulun keçirilməsi ilə bağlı müsabiqə elan edib

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbulun keçirilməsi ilə bağlı müsabiqə elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti Akademiyasının “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi”, “Mexanika mühəndisliyi” , “Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi”, “Dövlət və bələdiyyə idarə etməsi” ixtisasları üzrə 2015-ci il iyulun 31-dən avqustun 5-dək əlavə qəbul həyata keçirilir.

Müsabiqədə I və II ixtisas qrupları üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Qeydiyyat Dövlət Sərhəd Xidməti Akademiyasında aparılır (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 30 ).

Son xəbərlər

Orphus sistemi