​TQDK-da rezidentura imtahanları ilə bağlı Apellyasiya Komissiyası yaradılıb

​TQDK-da rezidentura imtahanları ilə bağlı Apellyasiya Komissiyası yaradılıb Qəbul imtahanı ilə bağlı müraciətlərə baxılacaq
Elm və təhsil
29 İyul , 2016 15:44
​TQDK-da rezidentura imtahanları ilə bağlı Apellyasiya Komissiyası yaradılıb

Bakı. 29 iyul. REPORT.AZ/ 2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının iyulun 29-da keçirilən ikinci mərhələsi (ixtisas fənləri üzrə) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apellyasiya Komissiyası yaradılıb.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya Komissiyasına 1 və 2 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi