TQDK-da Apelyasiya Komissiyası yaradılıb

TQDK-da Apelyasiya Komissiyası yaradılıb Komissiyaya rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edən namizədlər müraciət edə bilər
Elm və təhsil
16 Mart , 2015 10:39
TQDK-da Apelyasiya Komissiyası yaradılıb

Bakı. 16 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apelyasiya Komissiyası yaradılıb. TQDK-dan "Report"a verilən məlumata görə, Komissiya 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının martın 15-də keçirilən I mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün təşkil olunub.

Apelyasiya komissiyası Bakı şəhəri Abdulvahab Salamzadə küçəsi 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 16-18 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi