TQDK-da Apellyasiya Şurası yaradılıb

TQDK-da Apellyasiya Şurası yaradılıb Bununla bağlı Məleykə Abbaszadə əmr imzalayıb
Elm və təhsil
15 Fevral , 2016 16:10
TQDK-da Apellyasiya Şurası yaradılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Apellyasiya Şurası yaradılıb. "Report"un məlumatına görə, bununla bağlı TQDK-nın sədri Məleykə Abbaszadə əmr imzalayıb. 

Yeddi üzvdən ibarət olan Apellyasiya Şurasının tərkibinə TQDK-nın sədr müavini, şöbə müdirləri və regional bölmələrin rəhbərləri daxil ediliblər.

Qeyd edək ki, "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"yə uyğun olaraq, Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən şikayətlər üzrə TQDK-nın qəbul etdiyi qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Apellyasiya Şurasına verdiyi şikayətlərə baxacaq.

Son xəbərlər

Orphus sistemi