TQDK-da Apellyasiya Komissiyası yaradılıb

TQDK-da Apellyasiya Komissiyası yaradılıb Apellyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir
Elm və təhsil
25 İyul , 2016 10:27
TQDK-da Apellyasiya Komissiyası yaradılıb

Bakı. 25 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qrupları üzrə bu ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması məqsədilə Apellyasiya Komissiyası yaradıb.

TQDK-dan "Report"a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10‑00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi