Bakı. 23 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
“Report”un xəbərinə görə, imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib.
İmtahanda iştirak edən hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.