TQDK ali təhsil müəssisələrinə qəbula dair statistik göstəriciləri açıqlayıb - CƏDVƏL

TQDK ali təhsil müəssisələrinə qəbula dair statistik göstəriciləri açıqlayıb - CƏDVƏL Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, oğlan və qız abituriyentlərin qəbul göstəriciləri təhlil olunub
Elm və təhsil
12 Avqust , 2016 17:17
TQDK ali təhsil müəssisələrinə qəbula dair statistik göstəriciləri açıqlayıb - CƏDVƏL

Bakı. 12 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə (I mərhələ üzrə) qəbula dair statistik göstəriciləri açıqlayıb.

TQDK-dan “Report”a verilən məlumata görə, qəbul planı, bölmələr və qruplar üzrə qəbul, oğlan və qız abituriyentlərin qəbul göstəriciləri təhlil olunub.

Xatırladaq ki, nəticələrə əsasən, ali təhsil müəssisələrinin 41 736 plan yerinin müsabiqəsində 38 118 abituriyent iştirak edib. Onlardan 34 224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 16 369 nəfərini oğlanlar, 17 855 nəfərini qızlar təşkil edir. 12 309 nəfər dövlət sifarişi əsasında, 21 915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur.

İxtisas qrupu Qəbul planı Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) Qəbulolma faizi Vakant
yerlərin
sayı (%)
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr
üzrə cəmi
I 13610 9708 (5102) 1087 (526) 10795 (5628) 79.31 2816 (20.69)
II 12205 8564 (1723) 1203 (178) 9767 (1901) 80.02 2438 (19.98)
III 9757 7802 (2480) 675 (120) 8477 (2600) 86.88 1280 (13.12)
IV 3310 2496 (1363) 143 (63) 2639 (1426) 79.73 671 (20.27)
V 2854 2227 (661) 319 (93) 2546 (754) 89.21 308 (10.79)
CƏMİ 41736 30797 (11329) 3427 (980) 34224 (12309) 82.00 7513 (18.00)
Oğlan abituriyentlərin qəbul göstəriciləri
İxtisas Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında)
qrupu Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi
I 5648 (2960) 669 (305) 6317 (3265)
II 5387 (985) 605 (77) 5992 (1062)
III 1784 (339) 121 (8) 1905 (347)
IV 626 (354) 29 (18) 655 (372)
V 1351 (376) 149 (38) 1500 (414)
Qruplar üzrə cəmi 14796 (5014) 1573 (446) 16369 (5460)
Qız abituriyentlərin qəbul göstəriciləri
İxtisas Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi sasında)
qrupu Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi
I 4060 (2142) 418 (221) 4478 (2363)
II 3177 (738) 598 (101) 3775 (839)
III 6018 (2141) 554 (112) 6572 (2253)
IV 1870 (1009) 114 (45) 1984 (1054)
V 876 (285) 170 (55) 1046 (340)
Qruplar üzrə cəmi 16001 (6315) 1854 (534) 17855 (6849)

Son xəbərlər

Orphus sistemi