TQDK ali məktəblərə sənəd verən abituriyentlərə yenidən xəbərdarlıq edib

TQDK ali məktəblərə sənəd verən abituriyentlərə yenidən xəbərdarlıq edib Ali məktəblərə qəbulla bağlı 72 minə yaxın abituriyent ərizəsini təsdiqlədib
Elm və təhsil
27 Aprel , 2015 13:54
TQDK ali məktəblərə sənəd verən abituriyentlərə yenidən xəbərdarlıq edib

Bakı. 27 aprel. REPORT.AZ/ Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu davam edir. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Belə ki, bu gün saat 11:40-a olan məlumata görə, 71 550 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 

Məlumatda o da qeyd olunub ki, 6 457 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.

TQDK bildirir ki, ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.

Son xəbərlər

Orphus sistemi