TQDK 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər üçün regionlarda monitorinq imtahanı keçirib

TQDK 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər üçün regionlarda monitorinq imtahanı keçirib Bakı və Sumqayıt şəhərlərində 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər üçün monitorinq imtahanı 7 və 8 apreldə olacaq
Elm və təhsil
5 Aprel , 2016 19:33
TQDK 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər üçün regionlarda monitorinq imtahanı keçirib

Bakı. 5 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 4 və 5 aprel tarixlərində Respublikanın 39 şəhər və rayonunun (Naxçıvan, Gəncə, Samux, Qazax, Gədəbəy, Xızı, Şamaxı, Mingəçevir, Goranboy, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Bərdə, Ağcabədi, Tərtər, Göyçay, Zərdab, İsmayıllı, Ağsu, İmişli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Neftçala, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Masallı, Quba, Xaçmaz, Şabran, Siyəzən, Babək, Ordubad, Culfa, Şərur) orta ümumtəhsil məktəblərinin 7 və 8-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirib. Bu barədə "Report"a TQDK-dan məlumat verilib. 

Regionlarda keçirilən imtahan 7-ci sinif Ana dili fənnindən 123, riyaziyyat fənnindən 113, 8-ci sinif Ana dili fənnindən 160, riyaziyyat fənnindən isə 151 orta ümumtəhsil müəssisəsində aparılıb.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərlərində 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər üçün monitorinq imtahanı 7 və 8 aprel tarixlərində keçiriləcək. 11-ci sinifdə təhsil alanlar üçün isə 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində, 18 və 19 aprel tarixlərində regionlarda monitorinq imtahanları təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi