TQDK 2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin tarixlərini açıqlayıb - SİYAHI

TQDK 2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin tarixlərini açıqlayıb - SİYAHI 8-14 avqust tarixlərində boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək
Elm və təhsil
23 Fevral , 2016 13:10
TQDK 2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin tarixlərini açıqlayıb - SİYAHI

Bakı. 23 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) 2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin tarixlərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, plan-qrafik TQDK-nın rəsmi saytında yerləşdirilib.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 1-ci mərhələsi martın 6-da keçiriləcək. Proqram seçimi 3-10 may, qəbul imtahanının 2-ci mərhələsi isə iyunun 5-də olacaq. 9-19 iyun tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 8-14 avqust tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə isə ərizə qəbulu 1-10 mart tarixlərində aparılacaq. Qəbul imtahanının 1-ci mərhələsi aprelin 3-də, ikinci mərhələsi isə iyulun 29-da keçiriləcək. Rezidentura üzrə ixtisaslaşma seçimi 1-7 avqust, boş qalan yerlərə ixtisaslaşma seçimi isə 19-22 avqust, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqust tarixlərində həyata keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları aprelin 3, 10, 24-da və mayın 8-də baş tutacaq.

Tədbir Tarix (2016-cı il) Qeyd
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
Magistraturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə) 20 fevraldan Başlanıb
ərizə qəbulu 10- 19 fevral Başa çatıb
QƏBUL İMTAHANI - 1-ci mərhələ 06 mart
jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qeydiyyatı 11-20 aprel
jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qabiliyyət imtahanı 26-29 aprel
proqram seçimi 03- 10 may
QƏBUL İMTAHANI - 2-ci mərhələ 05 iyun
AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun
AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların müsahibəsi 13, 14, 16, 17 iyun
ixtisaslaşma seçimi 09-19 iyun
bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun – 11 iyul
boş qalan yerlərə ixtisaslaşma seçimi 08- 14 avqust
boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-25 avqust
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün
sınaq imtahanı (on-line rejimdə)
19 martdan
ərizə qəbulu 01- 10 mart
QƏBUL İMTAHANI 1-ci mərhələ 03 aprel
QƏBUL İMTAHANI 2-ci mərhələ 29 iyul
ixtisaslaşma seçimi 01 -07 avqust
namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 09-15 avqust
boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust
boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqust
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)
qeydiyyatın aparılması 01- 31 mart
1-ci imtahan 01 may
2-ci imtahan (1-ci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) 12 iyun
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
- Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 03, 10, 24 aprel, 8 may
ərizə qəbulu (I- IV qruplar) 28 aprel
jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 1-28 aprel
ərizə qəbulu (V qrup) 03- 17 may
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (I qrup) 15– 30 aprel
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (V qrup) 06- 19 may
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə 15 may
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə 22 may
QƏBUL İMTAHANI (cari ilin məzunları)- I və IV qruplar üzrə 15 iyul
QƏBUL İMTAHANI (cari ilin məzunları)- II və III qruplar üzrə 23 iyul
jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı 29 iyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) 15 iyul- 05 avqust
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) 25 iyul- 05 avqust
ixtisas seçimi (I- V qruplar) 29 iyul- 10 avqust
abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ üzrə) 15-25 avqust
boş qalan yerlərə ixtisas seçimi (I- V qruplar) 15- 19 avqust
boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 22-31 avqust
Hərbi liseylərə qəbul imtahanı 29 iyul
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:
ərizə qəbulu 03 – 17 may
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 04 – 18 may
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) 05 iyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 15 iyul- 05 avqust
ixtisas seçimi 15- 19 avqust
abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 22-31avqust
boş qalan yerlərə ixtisas seçimi 02- 06 sentyabr
boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 08-13 sentyabr
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:
ərizə qəbulu 02-30 may
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 20 may- 02 iyun
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) 05 iyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 09- 13 iyul
ixtisas seçimi 08- 18 iyul
abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 20- 28 iyul
boş qalan yerlərə ixtisas seçimi 02- 08 avqust
boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 10-16 avqust
Buraxılış imtahanları:
Peşə liseyləri 13 mart
1-ci istiqamət - region 16 iyun
2-ci istiqamət - region 21 iyun
3-cü istiqamət - Bakı 25 iyun
4-cü istiqamət- region 30 iyun
Ali təhsil müəssisələrinin V qrupu üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları üçün); Eksternat imtahanı 05 iyul
Monitorinq imtahanları:
7 və 8-ci siniflər 4, 5 aprel-region,
7, 8 aprel- Bakı
11-ci sinif 13, 14, 15 aprel- Bakı,
18, 19 aprel- region

Son xəbərlər

Orphus sistemi