TQDK 2016/2017-ci tədris ili üçün magistratura səviyyəsinə minimal keçid ballarını açıqlayıb

TQDK 2016/2017-ci tədris ili üçün magistratura səviyyəsinə minimal keçid ballarını açıqlayıb “Magistr” jurnalının 5-ci nömrəsi nəşr edilib
Elm və təhsil
22 İyun , 2016 12:28
TQDK 2016/2017-ci tədris ili üçün magistratura səviyyəsinə minimal keçid ballarını açıqlayıb

Bakı. 22 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 5-ci sayı nəşr edib.

“Report”un məlumatına görə, jurnalın bu sayında 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Bakalavrların nəzərinə çatdırılır ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan 2016-cı ilin avqust ayında TQDK-nın internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

Jurnalın elektron versiyasını isə (pdf formatında) TQDK saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

Son xəbərlər

Orphus sistemi