Tovuz, Ağstafa, Qazax rayonlarında müəllim çatışmazlığı müəyyənləşib

Tovuz, Ağstafa, Qazax rayonlarında müəllim çatışmazlığı müəyyənləşib Tovuzda 38 müəllimə ehtiyac olduğu məlum olub
Elm və təhsil
13 İyun , 2016 07:26
Tovuz, Ağstafa, Qazax rayonlarında müəllim çatışmazlığı müəyyənləşib

Bakı. 13 iyun. REPORT.AZ/ Yeni tədris ilində bölgələrdə çatışmayan müəllimlər müəyyənləşdirilib. "Report" xəbər verir ki, Tovuzda 38 müəllimə ehtiyac olduğu məlum olub.

Rayonun əsasən Şıxheybət, Qaralar, Qalaboynu və digər dağ kəndlərində fəaliyyət göstərən məktəblərdə vakant yerlər var. Tovuz Rayon Təhsil Şöbəsinin müdir müavini Murğuz Əsədovun verdiyi məlumata görə, rayonun adıçəkilən kəndlərində əsasən ibtidai sinif (8 yer), tarix (6), Azərbaycan dili - ədəbiyyat (4), kimya, biologiya, coğrafiya, informatika (2) fənnləri üzrə müəllimlər çatışmır. Gənc müəllimlər daha çox şəhər məktəblərinə üstünlük verdiyindən ucqar dağ kəndlərində belə vəziyyət yaranır.

Ağstafanın cəbhə və ucqar kəndlərində isə 22 müəllim çatışmır. Rayon təhsil şöbəsinin müdiri Leyla İsayeva məktəblərdə daha çox informatika müəllimlərinə ehtiyac olduğunu bildirib.

Qərb bölgəsində yerləşən Qazaxda isə digər iki rayona nisbətən vakant müəllim yeri azdır. Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının sözlərinə görə, rayonun cəbhəyanı və digər ucqar kəndlərində 14 müəllimə ehtiyac var. Bunlar kimya, biologiya, ibtidai sinif, coğrafiya fənnlərini tədris edənlərdir.

Son xəbərlər

Orphus sistemi