Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılışı olub

Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılışı olub Mikayıl Cabbarov: "Qalereya ən müasir avadanlıqlarla təchiz edilib"
Elm və təhsil
22 Sentyabr , 2015 14:16
Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılışı olub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılışı olub. "Report" xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov çıxışında qalereyanın ən müasir avadanlıqlar ilə təchiz edildiyini nəzərə çatdırıb.

Nazirin sözlərinə görə, burada şagirdlərin təsviri sənətin sirlərinə yiyələnməsi üçün lazımi şərait yaradılıb: "Yeni üslubda ümumi bir mərkəz funksiyasını yerinə yetirəcək qalereya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların müasir rəssamlıq ənənələri əsasında inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

Qalereyada şagirdlərin yaradıcılıq məşğələləri və sərgilərin keçirilməsi üçün 7 salon mövcuddur: "Qalereyada "Qrafika və rəngkarlıq", "Rəqəmsal təsvir" dərnəkləri fəaliyyət göstərəcək. Dərnəklər 5-16 yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul olması üçün nəzərdə tutulub. Eyni zamanda, qalereyada respublika əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad dərsləri də təşkil olunacaq.

Qeyd edək ki, sərgidə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi