Tərcümə Mərkəzi tərcüməçilərin məlumat reyestrini hazırlayır

Tərcümə Mərkəzi tərcüməçilərin məlumat reyestrini hazırlayır Tərcüməçilik fəaliyyəti ilə məşğul olanların qeydiyyatı aparılacaq
Elm və təhsil
17 Noyabr , 2015 14:03
Tərcümə Mərkəzi tərcüməçilərin məlumat reyestrini hazırlayır

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi müxtəlif dillər üzrə tərcüməçilik fəaliyyəti ilə məşğul olan şəxslərin məlumat reyestrini hazırlayır.

Bu barədə "Report"a Tərcümə Mərkəzindən məlumat verilib.

"Ölkədə və xaricdə fəaliyyət göstərən tərcüməçilər haqqında məlumat reyestrinin hazırlanması üçün hazırda siyahı toplanır. Siyahının toplanılmasına başlandığı gündən keçən 10 ay müddətində tərcüməçilik fəaliyyəti ilə məşğul olan 179 nəfər mərkəzə müraciət edib və özü haqqında məlumat verib", - Mərkəzdən bildirilib.

İndiyədək Azərbaycan dili üzrə 16, ingilis dili üzrə 58, rus dili üzrə 21, alman dili üzrə11, türk dili üzrə 14 nəfər, ərəb və fars dillərinin hər biri üzrə 10, fransız dili üzrə 8, ispan, portuqal dilləri üzrə 14, çex dili üzrə 4, yunan dili üzrə 2, italyan dili üzrə 5 və müxtəlif dillər üzrə 6 tərcüməçi sənədlərini mərkəzə təqdim edib.

Mərkəzdən o da bildirilib ki, tərcüməçilik fəaliyyəti ilə məşğul olanların siyahısı toplandıqdan sonra onların tərcüməçilik işləri araşdırılacaq və bundan sonra mərkəzdə qeydiyyatı həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi