Təhsil Nazirliyinə tələbələrin ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı müraciətlər daxil olub

Təhsil Nazirliyinə tələbələrin ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı müraciətlər daxil olub Nazirlik daxil olan zənglərin statistikasını da açıqlayıb
Elm və təhsil
4 May , 2015 09:50
Təhsil Nazirliyinə tələbələrin ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı müraciətlər daxil olub

Bakı. 4 may. REPORT.AZ/ Bu ilin aprel ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) 7 427 zəng, Kommutator xidmətinə 3 300-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4 279 vətəndaşa xidmət göstərilib. Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

524 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1 267 sənəd (442 ərizə, 713 məktub, 112 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (1664 zəng) və cümə axşamı (1637 zəng) günləri, əsasən, saat 10:30-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (962 müraciət) və çərşənbə axşamı (853 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Son xəbərlər

Orphus sistemi