Təhsil Nazirliyi TQDK-nın açıqladığı problemlərlə bağlı araşdırma aparacaq

Təhsil Nazirliyi TQDK-nın açıqladığı problemlərlə bağlı araşdırma aparacaq Nazir müavini: "Nəticədən asılı olaraq görüləcək tədbirlər müəyyənləşdiriləcək"
Elm və təhsil
11 Fevral , 2015 15:43
Təhsil Nazirliyi TQDK-nın açıqladığı problemlərlə bağlı araşdırma aparacaq

Bakı. 11 fevral. REPORT.AZ/ "Ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri Təhsil Nazirliyində də təhlil ediləcək. Həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 9 və 11-ci sinif şagirdləri arasında yazıb-oxumağı bacara bilməyənlərin aşkarlanması ilə bağlı da araşdırmalar aparılacaq". "Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər bir hal təhlil ediləcək: "Nəticədən asılı olaraq görüləcək tədbirlər müəyyənləşdiriləcək".

C.Bayramov əlavə edib ki, buraxılış imtahanlarının nəticilərini bir o qədər də pis qiymətləndirmək olmaz: "Çünki ortada müsbət dinamika var. TQDK tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsində aparılan buraxılış ımtahanlarının 2012-2014-cü illər üzrə dinamikası ilbəil artımın mövcud olduğunu göstərir".

Son xəbərlər

Orphus sistemi