Təhsil Nazirliyi Sumqayıtda dörd məktəb direktorunun işdən çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib

Təhsil Nazirliyi Sumqayıtda dörd məktəb direktorunun işdən çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib Hazırda Sumqayıt şəhər 11, 27, 40 saylı məktəbin və "Təfəkkür" liseyinin direktorları vəzifələrini icra edir
Elm və təhsil
30 Noyabr , 2015 17:06
Təhsil Nazirliyi Sumqayıtda dörd məktəb direktorunun işdən çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib

Bakı. 30 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyi Sumqayıtda yaş senzinə görə bir neçə məktəb direktorunun işdən çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib. Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu məlumatın heç bir əsası yoxdur.

Cavabda qeyd olunub ki, yaş senzinə görə məktəb direktorlarının işdən azad olunması ilə bağlı Təhsil Nazirliyinə heç bir məlumat daxil olmayıb: "Hazırda Sumqayıt şəhər 11, 27, 40 saylı məktəbin və "Təfəkkür" liseyinin direktorları vəzifələrini icra edir".

Qeyd edək ki, bu gün mətbuatda Sumqayıt şəhər 11 saylı orta məktəbin direktoru Ofelya Babayevanın, 27 saylı orta məktəbin direktoru Əlifxan Məmmədovun, 40 saylı məktəbin direktoru Ofelya Quliyevanın və "Təfəkkür" liseyinin direktoru Bəsirə Ağayevanın yaş senzinə görə işdən azad olunduğu barədə yazılar dərc olunmuşdu. 

Son xəbərlər

Orphus sistemi