Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında peşə təhsilinin yüksəlişi və bu sahəyə sahibkarların, işəgötürənlərin cəlb olunmasının nəzərdə tutulduğunu deyən Mikayıl Cabbarov bununla bağlı Təhsil Nazirliyi tərəfindən ardıcıl iş aparıldığını qeyd edib.
Nazir yaxın günlərdə ölkədə "Bakı 2015"in start götürəcəyini xatırladıb: "Bu isə ölkəyə idmançılarla yanaşı, minlərlə qonağın gəlməsinə, eyni zamanda, Azərbaycanın turizm zonası kimi nüfuzunun daha artmasına səbəb olacaq. Nəticədə xidmət sektorunda beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasına, mövcud heyətin peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac yaranıb".
"Abşeron Hotel Group" MMC-nin rəhbəri Mark Harald Ehler bildirib ki, Təhsil Nazirliyi ilə əldə edilən razılaşmaya əsasən, 5 saylı Bakı Peşə Liseyində ekspertlər 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçəcəklər: "İlkin mərhələdə təlimlərdə 220 nəfər iştirak edib".
Tədbirdə qeyd olunub ki, peşə təhsili üzrə ilk dəfə baş tutan bu təlimlərin məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə verilən yeni beş ulduzlu "Bulvar Hotel" və "İnturist Hotel" mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır.
Təlim keçənlər həm Avropa Oyunları ərəfəsində istifadəyə verilən mehmanxanalarda, həm də "Absheron Hotel Group" MMC-nin tərkibinə daxil olan restoranlar şəbəkəsində işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Çıxışlardan sonra kursu bitirənlərə sertifikatlar təqdim olunub.