Təhsil Nazirliyi: Bakıda çalışan müəllimlərdən 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb

Təhsil Nazirliyi: Bakıda çalışan müəllimlərdən 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb "Ümumilikdə, paytaxtdakı diaqnostik qiymətləndirmədə müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib"
Elm və təhsil
4 Noyabr , 2015 18:22
Təhsil Nazirliyi: Bakıda çalışan müəllimlərdən 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakı şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələrinin ilkin təhlili aparılıb. Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qiymətləndirmədə iştirak edən 2 204 nəfər müəllimin 63 faizi təqdim edilən sualların 70 faizindən çoxuna düzgün cavab verərək yüksək nəticə nümayiş etdirib.

Məlumatda o da qeyd olunub ki, ümumilikdə, müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib. 

"Təqdirəlayiq haldır ki, qaydalarla müəyyənləşdirilən minimum 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb. Beləliklə, bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçmiş hesab olunub", - nazirlikdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi