Bakı. 29 dekabr. REPORT.AZ/ "Təhsil haqlarının artırılması məsələsinə 2016-cı ilin mart ayında baxılacaq”. "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
O bildirib ki, təhsil haqlarının artırılması ali təhsil müəssisələrinin səlahiyyətindədir: “Bu məsələ yenə də həmin müəssisələrin səlahiyyətində saxlanılacaq. Hələlik ödənişlərin artımı gündəmdə deyil. Mart ayında universitetlərdə yeni tədris planı qurulacaq. Onda bu məsələyə baxılacaq”.