Təhsil Nazirliyi ABU-da təhsilini yarımçıq qoyan 128 nəfərin attestatlarını geri qaytarıb

Təhsil Nazirliyi ABU-da təhsilini yarımçıq qoyan 128 nəfərin attestatlarını geri qaytarıb Attestatların qaytarılması prosesi davam etdirilir
Elm və təhsil
20 May , 2015 16:46
Təhsil Nazirliyi ABU-da təhsilini yarımçıq qoyan 128 nəfərin attestatlarını geri qaytarıb

Bakı. 20 may. REPORT.AZ/ Təhsil Nazirliyi fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunan attestatlarının qaytarılması prosesini davam etdirir. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Müvafiq siyahıda adı olan şəxslərdən mayın 19-na qədər Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçən 221 nəfərdən 128-i sənədlərini geri alıb.

Qeyd edək ki, qeydiyyatdan keçən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək sənədlərini geri ala bilərlər.

Son xəbərlər

Orphus sistemi