Təhsil Nazirliyi ABU-da təhsillərini yarımçıq qoyan tələbələrin attestatlarının qaytarılmasına başlayır

Təhsil Nazirliyi ABU-da təhsillərini yarımçıq qoyan tələbələrin attestatlarının qaytarılmasına başlayır "İlk mərhələdə 5000 attestat qaytarılacaq"
Elm və təhsil
30 Aprel , 2015 13:13
Təhsil Nazirliyi ABU-da təhsillərini yarımçıq qoyan tələbələrin attestatlarının qaytarılmasına başlayır

Bakı. 30 aprel. REPORT.AZ/ Təhsil Nazirliyi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsillərini yarımçıq qoyan tələbələrin attestatlarının qaytarılmasına başlayır.

"Report" xəbər verir ki, bu barədəTəhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

"İlk mərhələdə 5000 attestat qaytarılacaq. Gələn həftədən etibarən tələbələr nazirliyin "Qaynar xətti"nə müraciət edərək, yaxud nazirliyin qəbul şöbəsinə şəxsiyyət vəsiqələrini gətirərək həftənin ikinci və üçüncü günləri attestatlarını ala bilərlər. Proses davamlı olacaq, çünki attestat çoxdur ", - C.Valehov əlavə edib

Son xəbərlər

Orphus sistemi