Təhsil naziri şagirdini xilas edib, özü boğulan müəllimin çalışdığı məktəbdə "Son zəng"ə qatılacaq

Təhsil naziri şagirdini xilas edib, özü boğulan müəllimin çalışdığı məktəbdə "Son zəng"ə qatılacaq Təhsil Nazirliyi qurumun hesabına onun ailəsinə ev tikdirib
Elm və təhsil
29 May , 2015 09:09
Təhsil naziri şagirdini xilas edib, özü boğulan müəllimin çalışdığı məktəbdə Son zəngə qatılacaq

Bakı. 29 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov bu gün "Son zəng" tədbirində iştirak etmək üçün Sabirabaddakı məktəblərdən birində olacaq. Bu barədə "Report"a nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, M.Cabbarov şagirdini xilas edib, özü Kürdə batan qəhrəman müəllim Əhliman Hüseynovun vaxtilə işlədiyi Sabirabad şəhəri 5 saylı orta məktəbdəki "Son zəng" tədbirində iştirak edəcək.

Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında baş verib. Sabirabadın Cavad kənd sakini, 5 saylı şəhər orta məktəbində müəllim işləyən 58 yaşlı Əhliman Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qəza nəticəsində körpüdən çaya düşmüşdü. O maşındakı şagirdi 9 yaşlı Güldəstənin həyatını xilas edən zaman çayda boğulmuşdu.

Qeyd edək ki, Təhsil Nazirliyi Ə.Hüseynovun qəhrəmanlığını yüksək qiymətləndirib və qurumun maliyyə dəstəyi ilə onun ailəsinə ev tikilib.

Son xəbərlər

Orphus sistemi