Təhsil naziri Sabirabadda vətəndaşların bir sıra problemlərini yerindəcə həll edib

Təhsil naziri Sabirabadda vətəndaşların bir sıra problemlərini yerindəcə həll edib Qəbulda təhsil sənədlərinin tanınması, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciətlərə baxılıb
Elm və təhsil
18 Dekabr , 2015 13:30
Təhsil naziri Sabirabadda vətəndaşların bir sıra problemlərini yerindəcə həll edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Sabirabadda vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonları və Şirvan şəhər sakinləri iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi