​Təhsil naziri: "Məktəblərdə kurikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq"

​Təhsil naziri: "Məktəblərdə kurikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq" "Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi mühüm vəzifədir"
Elm və təhsil
19 Dekabr , 2014 12:18
​Təhsil naziri: Məktəblərdə kurikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün qarşıda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir.  "Report" xəbər verir ki, bu barədə Azərbaycan Alimlərinin I Qurultayında təhsil naziri Mikayıl Cabbarov “Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında” adlı məruzəsində bildirib.

Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsinin mühüm bir vəzifə olduğunu deyən M.Cabbarov bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib: "Qarşıda duran digər bir zəruri vəzifə ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılmasıdır. Şuranın yaradılmasında məqsəd dünya səviyyəli elmi araşdırmaların çərçivə standartlarını müəyyənləşdirməkdir".

Məruzədə o da qeyd olunub ki, ümumorta təhsil müəssisələrində kurikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq, həmçinin ali təhsil müəssiələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyyə resurslarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Nazir çıxışında eyni zamanda AMEA-da magistratura təhsilinin təşkil olunmasının vacibliyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi