Təhsil naziri: "Ermənilərin atəşə tutduğu bəzi məktəblərdə dərslər dayandırılıb"

Təhsil naziri: "Ermənilərin atəşə tutduğu bəzi məktəblərdə dərslər dayandırılıb" "Həmin dərslər qonşu kəndlərin tədris ocaqlarında davam etdirilir"
Elm və təhsil
4 Aprel , 2016 11:48
Təhsil naziri: Ermənilərin atəşə tutduğu bəzi məktəblərdə dərslər dayandırılıb

Bakı. 4 aprel. REPORT.AZ/ "Ermənilərin açdığı artilleriya atəşi nəticəsində neçə məktəbə ziyan dəyməsi ümumiləşdirilir. Artıq bir neçə faktla bağlı bizə məlumat daxil olub. Günün sonuna qədər tam məlumatlar əlimizdə olacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, güllə yarası almış 13 yaşlı Azərbaycan şagirdinin düşüncə tərzi, vətənə, tarixə, yaşadığı əraziyə, Azərbaycana, Qarabağa olan münasibəti çox yaxşı göstəricidir: "Məktəbliyə baş çəkdik, təəssüflər olsun ki, belə hallar baş verir. Bu bölgədə tədris prosesi ümumilikdə davam etdirilir. Elə məktəblərimiz var ki, orada müvəqqəti olaraq dərslərin keçirilməsini dayandırmışıq, həmin dərslər qonşu kəndlərin tədris ocaqlarında davam etdirilir".

Son xəbərlər

Orphus sistemi