Təhsil naziri: "Dərslik hazırlığında müəllim qıtlığı hiss edilir"

Təhsil naziri: "Dərslik hazırlığında müəllim qıtlığı hiss edilir" Hazırkı sosial-iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək mümkün deyil
Elm və təhsil
5 May , 2016 11:55
Təhsil naziri: Dərslik hazırlığında müəllim qıtlığı hiss edilir

Bakı. 5 may. REPORT.AZ/ "Dərslikləri məmurlar yox, bu sahənin mütəxəssisləri, alimləri yazır. Təəssüf ki, bu gün dərslik hazırlığında müəllim qıtlığı hiss edilir". "Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, dərslik hazırlığına ən yaxşı mütəxəssislər cəlb edilməlidir: "Lakin hazırkı sosial-iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək mümkün deyil. Nazirlik sifariş əsasında ehtiyat dərsliklərin hazırlanması, bu işə ən yaxşı mütəxəssislərin qoşulması təşəbbüsü ilə çıxış edərək müvafiq normativ sənədlərin layihələrini hökumətə və digər aidiyyəti qurumlara təqdim edir".

Nazir onu da qeyd edib ki, təhsilin səriştəyə əsaslanan məzmunun yaradılması istiqamətində aparılan islahatlar içərisində əsas yeri həmişə olduğu kimi ümumtəhsil pilləsi üzrə dərsliklərin hazırlanması tutur: "Doğrudur, bu istiqamətdə işlərimiz istədiyimiz sürətlə getməsə də, son 3 ildə müəyyən uğurlarımız olub. Bu dövrdə kurikuluma əsaslanan 276 adda yeni dərslik və müəllim üçün metodik vəsait hazırlanıb. Dərslik hazırlığı sahəsində Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülüb, qiymətləndirmədə şəffaflığı təmin etmək üçün dərslik layihələri bir-birindən asılı olmayaraq, müxtəlif ekpsertizalara göndərilib".

Son xəbərlər

Orphus sistemi