Təhsil naziri: “Bu ildən Azərbaycanın ali təhsil sistemində yenilik tətbiq ediləcək”

Təhsil naziri: “Bu ildən Azərbaycanın ali təhsil sistemində yenilik tətbiq ediləcək” “Akademik biliyin keyfiyyətinin qaldırılması istiqamətində addımlar atılacaq”
Elm və təhsil
6 May , 2015 16:02
Təhsil naziri: “Bu ildən Azərbaycanın ali təhsil sistemində yenilik tətbiq ediləcək”

Bakı. 6 may. REPORT.AZ/ “Bu ildən Azərbaycanın ali təhsil sistemində yenilik tətbiq ediləcək”. “Report” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov “Caspian European Club”dakı çıxışında deyib.

O bildirib ki, bu ildən ali təhsil müəssisələrinin müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi tətbiq olunacaq: “Bir sıra ixtisaslar üzrə bu gün və ya əvvəlki illərdə qəbul olunan tələbələrin topladığı bal, keçid balı, akademik bilikləri ali təhsil proqramını keyfiyyətlə mənimsəyə kifayət etmir. Tətbiq olunacaq yeniliklə akademik biliyin keyfiyyətinin qaldırılması istiqamətində addımlar atılacaq”.

Son xəbərlər

Orphus sistemi