Təhsil naziri Ağsuda vətəndaşları qəbul edib

Təhsil naziri Ağsuda vətəndaşları qəbul edib Əksər məsələlər yerindəcə həllini tapıb
Elm və təhsil
12 May , 2015 14:17
Təhsil naziri Ağsuda vətəndaşları qəbul edib

Bakı. 12 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov bu gün Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində vətəndaşları qəbul edib. Nazirlikdən "Report"a verilən məlumata görə, qəbulda Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi