Təhsil naziri 20 Yanvar faciəsinin 25-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb

Təhsil naziri 20 Yanvar faciəsinin 25-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub
Elm və təhsil
6 Yanvar , 2015 17:00
Təhsil naziri 20 Yanvar faciəsinin 25-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın təhsil naziri 20 Yanvar faciəsinin 25-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Əmrə əsasən, ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilməli, tədbirlər planına müvafiq olaraq ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində 6 - 20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunan geniş tədbirlər həyata keçirilməlidir.

Əmrdə həmçinin qeyd edilir ki, informasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi