Təhsil İdarəsi itkin düşmüş şagirdlərlə bağlı açıqlama verib

Təhsil İdarəsi itkin düşmüş şagirdlərlə bağlı açıqlama verib “Şagirdlər 63 saylı avtobusun bağlamasından məlumatlı olmadıqları üçün çaşqınlıq yaşayıblar”
Elm və təhsil
21 Aprel , 2016 10:09
Təhsil İdarəsi itkin düşmüş şagirdlərlə bağlı açıqlama verib

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bəzi KİV-lərdə 20 nömrəli məktəb-liseyin iki şagirdinin itməsi ilə bağlı xəbərlərə münasibət bildirib. İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, əslində, şagirdlər 63 saylı avtobusun bağlanmasından məlumatlı olmadıqları üçün çaşqınlıq yaşayıblar: “Məktəbdən çıxdıqdan sonra (saat 12:40-da) bir müddət gözləyən şagirdlər avtobusun gəlmədiyini görüncə bilmədikləri avtobusdan istifadə edərək yolu azıblar. Amma xoşbəxtlikdən heç bir problem yaşanmadan yolu azdıqları yerdən valideynləri ilə əlaqə saxlayaraq evlərinə gediblər. Onlar saat 19:30-da evlərinə çatıblar. Hazırda şagirdlər dərsdədir.

Bu məsələ ilə bağlı şagirdlərin valideynləri məktəbə dəvət olunub. Bu kimi hallarla yenidən qarşılaşmamaq üçün valideynlərə uşaqların dərsdən sonra evə getməklərinə nəzarət etməkləri tapşırılıb”.

Son xəbərlər

Orphus sistemi